Məntəqə sədri: "Yüksək seçici fəllığı var"

Məntəqə sədri: "Yüksək seçici fəllığı var"

"Seçkilərin təbliğat-təşviqat kampaniyasında olduğu kimi seçki günü də insanlar fəallıq nümayiş etdirirlər. Məntəqə ərazisi üzrə seçki hüququ olan 1461 nəfərdən saat 12.10-a kimi artıq 645 nəfər səsvermə hüququndan istifadə edib". Bunu SİA-ya açıqlamasında 125 saylı Zəngilan-Qubadlı seçki komissiyasının 2 saylı məntəqəsinin sədri Əliağa Əsədov deyib.

Onun sözlərinə görə, seçki prosesinin gedişini yerli müşahidəçilərlə yanaşı, ATƏT-dən olan müşahidəçilər də izləyiblər: "Yerli və xarici müşahidəçilər seçkinin təşkili və gedişindən razılıq edirlər. Yüksək seçici fəallığı var. İlk dəfə səs verən gənclər də məntəqələrə gələrək səsvermə hüquqlarından istifadə edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə