Ağstafada seçkilər seçici fəallığı ilə seçilir

Ağstafada seçkilər seçici fəallığı ilə seçilir

Bu gün respublikanın hər yerində olduğu kimi səhər saat 08:00-da Ağstafa rayonunda da Azərbaycan Respublikası Prezidentinin seçkilərinə start verilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Ağstafa rayonunda 2 Dairə Seçki Komissiyası fəaliyyət göstərir. 108 saylı Ağstafa və 106 saylı Tovuz-Qazax-Ağstafa DSK. 108 saylı Ağstafa DSK-da 38 məntəqə seçki komissiyası, 106 saylı DSK-da isə 5 məntəqə seçki komissiyası mövcuddur. Hər iki DSK üzrə cəmi 49434 seçici qeydiyyata alınıb.

Yeni Azərbaycan Partiyası tərəfindən DSK-ya bir məşvərətçi səs hüquqlu üzv və bir müşahidəçi, məntəqə seçki komissiyalarına isə 43 məşvərətçi səs hüquqlu üzv və 43 müşahidəçi təyin olunub.

Seçkilər tam demokratik, şəffaf və yüksək əhval-ruhiyyədə keçir. Seçicilər seçkiyə böyük həvəslə gəlirlər.

Seçicilərdən Rafayıl Abbasov, Bilul Əhmədova, Əkbər Məmmədov, Fərhad Abdullayev və başqaları seçkiyə böyük ruh yüksəkliyi ilə gəldiklərini və növbəti yeddi il üçün Azərbaycan Respublikası Prezidentinin seçkilərində iştirak etdiklərindən qürur duyduqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə