“Parlament -2010” seçki monitorinqi koalisiyası 80 seçki dairəsində müşahidə həyata keçirir
"Parlament -2010" seçki monitorinqi koalisiyasının saat 7:45-də yığıncağı keçirilib. Koalisiyadan SİA-ya verilən məlumata görə, Rasim Şərifli koalisiyanın seçkilərə hazırlığı barədə məlumat verib, Əhməd Qəşəmoğlu Elektron səsvermənin təşkili haqqında koalisiya üzvlərini məlumatlandırıb.
Daha sonra Oktay Qasımov seçki dairələri ilə əlaqə mexanizmini bir daha şərh edib. MSK tərəfindən qeydiyyata alınmış 16 nəfər operativ müşahidə həyata keçirəcəkləri qrafiklə tanış edilib.
Qeyd edək ki, "Parlament -2010" seçki monitorinqi koalisiyası respublikanın 80 seçki dairəsində 3087 nəfər tərəfindən müşahidə həyata keçirməkdədir. Onlardan 2909 nəfəri seçki məntəqələri üzrə, 162 nəfəri seçki dairələri üzrə, 16 nəfəri isə respublika üzrə müşahidəçi, 125 nəfər isə ehtiyat müşahidəçi qismində cəlb edilib.
Aparılan ilkin müşahidənin nəticələrinə əsasən seçki saat 8-də başlayıb, seçki qutuları qanunauyğun şəkildə möhürlənib və müşahidəçilər bülletenlərin sayılmasında iştirak ediblər.
Müşahidəçilər işlərini davam etdirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB