Azərbaycan seçiciləri səsvermə prosesində baş verə biləcək hər hansı bir qanun pozuntusu və seçkilərin normal keçirilməsinə qarşı cəhdlərlə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edə bilər. SİA-nın MSK-nın mətbuat xidmətindən aldığı məlumata görə, bunun üçün MSK-da 115 saylı "qaynar xətt" fəaliyyət göstərir.
MSK-nın mətbuat xidmətindən həmçinin bildirilib ki, "qaynar xətt"ə daxil olunan müraciətlərlə bağlı gün ərzində kütləvi informasiya vasitələrinə məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB