KİV nümayəndələri gün ərzində səsvermənin gedişi ilə bağlı məlumat ala biləcəklər
Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri gün ərzində Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzində səsvermənin gedişi ilə bağlı məlumat ala biləcəklər. SİA-nın xəbərinə görə, gün ərzində 5 hesabat saatı elan olunub: "Bunlar saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-dır. Seçkilər başa çatdıqdan sonra ilkin nəticələrlə bağlı gecə saatlarında MSK sədri Məzahir Pənahov KİV nümayəndələri üçün mətbuat konfransı keçirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB