ATƏT-in müşahidə missiyasının ispaniyalı deputatı: “Məntəqələrdə seçkilərin demokratik, şəffaf keçirilməsi üçün lazımi şərait yaradılıb”

ATƏT-in müşahidə missiyasının ispaniyalı deputatı: “Məntəqələrdə seçkilərin demokratik, şəffaf keçirilməsi üçün lazımi şərait yaradılıb”
"Hazırda Yasamal rayonunda 2 məntəqini gəzmişik. Heç bir qanun pozuntusuna rast gəlməmişik". Bu barədə SİA-ya açıqlamasında ATƏT-in müşahidə missiyasının ispaniyalı deputatı Eskudera Sançes Mariya məlumat verib. O bildirib ki, səsvermə beynəlxalq tələblərə uyğun olaraq aparılır. Məntəqələrdə seçkilərin demokratik, şəffaf keçirilməsi üçün lazımi şərait yaradıldığını deyən ispaniyalı deputat vurğulayıb ki, demokratik, şəffaf seçkilər ölkənin inkişaf rentabelliliyinin göstəricisidir. O ümud etdiyini bildirib ki, günün sonuna kimi belə davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə