Suraxanı rayonundakı 9 saylı seçki məntəqəsində bu saata kimi heç bir qanun pozuntusuna rast gəlinməyib
32 saylı Suraxanı seçki dairəsində Milli Məclisə keçirilən seçkilərə start verilib. DSK sədri İlham Bayramovun SİA-ya verdiyi məlumata görə, dairədə beynəlxalq müşahidəçləri Kauf Alisey, Kauman Petter və Kjeltsen Stiq qeydiyyatdan keçib. İ.Bayramov onu da qeyd edib ki, seçkilərin səhər başlamasına baxmayaraq iştirak normal səviyyədədir.
32 saylı seçki dairəsinin 9 saylı seçki məntəqəsinin sədri Fəridə İsmayılova bildirib ki, məntəqəyə beynəlxalq müşahidəçilər hələ ki, gəlməyib. YAP və AXCP-Müsavat və digər seçki bloklarından müşahidəçilərin olduğunu deyən sədr bu saata kimi heç bir qanun pozuntusuna rast gəlinmədiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB