15 saylı Yasamal Seçki Dairəsinin 3 saylı seçki məntəqəsində Müsavat-AXCP blokunun nümayəndələri prosesi pozmağa cəhd ediblər
15 saylı Yasamal Seçki Dairəsinin 3 saylı seçki məntəqəsində Müsavat-AXCP blokunun nümayəndələri prosesi pozmağa cəhd ediblər. Belə ki, seçki məntəqəsi açılarkən Müsavat-AXCP blokunun nümayəndələri müşahidəçilərin yerlərinin düzgün olmadığını əsas gətirərək sədrin icazəsi olmadan müşahidəçilərin yerində dəyişiklik ediblər.
3 saylı seçki məntəsinin sədri Şilman Qasımovun SİA-nın müxbirinə açıqlamasında bildirib ki, blokun etdiyi bu hərəkət qanuna ziddir və müşahidçilərə əyləşmək üçün ayrılan yer tamamən qanuna uyğundur: "Baş vermiş insidentnən bağlı dərhal 15 saylı DSK rəhbərinə məlumat verilib. Hazırda isə səsvermə proseduru davam edir".
Ş.Qasımov vurğulayıb ki, bu məntəqədə Yeni Azərbaycan Partiyası, müxalifət bloklarının nümayəndələri və bitərəf müşahidəçilər izləyir: "Eyni zamanda, ATƏT-in Demokratik Təsisatlar İnstitunun nümayəndələri də səsverməni izləyir. Səhər saatlarında məntəqələrdə seçicilərin sayında azlıq müşahidə olunsa da hazırda məntəqələrə səsverənlərin axını davam edir. Müşahidə aparılan məntəqədə polis yoxdur, lakin exit-poll fəaliyyət göstərir".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB