MSK sədri Məzahir Pənahov Milli Məclisə seçkilərin başlandığını elan etdi - SEÇKİ

MSK sədri Məzahir Pənahov Milli Məclisə seçkilərin başlandığını elan etdi - SEÇKİ
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Məclisə seçkilərin başlaması ilə əlaqədar MSK-nın nəzdindəki Seçkilər İnformasiya Mərkəzində mətbuat konfransı keçirib. SİA-nın xəbərinə görə, MSK sədri M.Pənahov bildirib ki, bu seçkilərdə 4 milyon 496 min 598 nəfər Konstitusiya ilə təsbit olunan seçib-seçilmək hüququndan istifadə edəcək. Onun sözlərinə görə, bu proses 125 seçki dairəsi üzrə 5 314 seçki məntəqəsində keçiriləcək: "Seçkiləri 1 029 beynəlxalq müşahidəçi, 47 minə yaxın yerli müşahidəçi, 18 beynəlxalq kütləvi informasiya vasitəsinin nümayəndələri izləyəcək. Seçkilərdə 13 siyası partiya bloklar şəklində, 10-nu isə müstəqil şəkildə iştirak edir".

MSK sədri qeyd edib ki, seçkilərdə 690 namizəd millət vəkili adı uğrunda mübarizə aparacaq. 500-dən artıq seçki məntəqəsində veb-kameranın quraşdırıldığını bildirən M.Pənahov vurğulayıb ki, bununla dünyanın istənilən nöqtəsindən gün ərzində bütün seçki prosesini izləmək mümkün olacaq. MSK sədri səsvermənin çox böyük siyasi prüalizm və şəffalıq şəraitində keçəcəyini deyib: "Hesab edirik ki, bu seçkilər seçki mədəniyyətində irəliləyişə atlılmış növbəti addım olacaq. Bütün seçiciləri seçki məntəqələrinə dəvət edirəm və onları seçkilərdə fəal olmağa çağırıram. Seçki məntəqələri axşam saat 19:00-dək seçicilərin üzünə açıq olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə