Amerika Birləşmiş Ştatlarına bombalı zərflər göndərilməsi ilə bağlı hücum planının məsuliyyətini "Əl Qaidə"nin Yəməndəki qanadı öz üzərinə götürüb. SİA-nın "TRT Haber"ə istinadən verdiyi xəbərə görə, keçən həftə karticlərin içərisində gizlədilmiş partlayıcılar Dubay və İngiltərədə, ABŞ-a ünvanlanan zərflər isə Yəməndə ələ keçirilib.
"Əl Qaidə" bir internet saytında yaydığı açıqlamada ABŞ-ın mənafelərini hədəfə almağa davam edəcəklərini bəyan edib. Təşkilat həmçinin sentyabr ayında Dubayda bir karqo təyyarəsinin vurulmasının da məsuliyyətini öz üzərinə götürüb.
ABŞ rəsmiləri isə bombalı zərf hadisəsindən 3 həftə öncə Səudiyyə Ərəbistanı kəşfiyyatının "Əl Qaidə"nin sərnişin təyyarələrini qəzaya uğratmaya təşəbbüs göstərəcəyinə dair xəbərdarlıq etdiyini açıqlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB