NATO əsgərlərinin müəmmalı qətlini araşdırır

NATO əsgərlərinin müəmmalı qətlini araşdırır
NATO Əfqanıstanın cənubunda Əfqan Milli Ordusuna məxsus əsgərin bir neçə koalisiya əsgərini öldürməsi barədə məlumatı araşdırır. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, alyans Helmənd vilayətinin Sangin qəsəbəsində yerləşən hərbi bazada NATO əsgərlərinin necə həlak olmasını öyrənmək üçün əfqan hökuməti ilə əməkdaşlıq edir. Taliban qüvvələri xəbər verir ki, əfqan əsgər ən azı iki NATO əsgərini qətlə yetirdikdən sonra qiyamçıların tərəfinə keçib. NATO əsgərləri bir çox hallarda bazaları əfqan əsgərlərlə bölüşürlər ki, bu da onları düşmən tərəfə keçmiş yerli hərbçilərin hücum riski qarşısında qoyur.

Bütün xəbərlər Facebook səhifəmizdə