Prezident seçkilərinin saat 10:00-a olan nəticələri

Prezident seçkilərinin saat 10:00-a olan nəticələri

Azərbaycanda Prezident seçkilərinin saat 10:00-a olan nəticələri məlum olub. SİA-nın verdiyi məlumata görə, Mərkəzi Seçki Komissiyası İnformasiya Mərkəzindən verilən xəbərə görə, saat 10:00-a olan məlumatda qeyd olunur ki, prezident seçkilərində respublika üzrə seçicilərin

18,71 faizi - 994 196 seçici səs verib.

Respublika üzrə seçicilərin sayı - 5 314 365 nəfərdir.

Qeyd edək ki, Azərbaycanda Prezident seçkiləri saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə