MSK-da MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər qrupunun üzvləri ilə görüş olub
Noyabrın 6-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər qrupunun əlaqələndiricisi, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin müavini Svetlana Orlovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən SİA-a bildiriblər ki, qonaqları salamlayan sədr M.Pənahov ölkənin seçkilərə tam hazır olduğunu bildirmiş və seçkiqabağı vəziyyət barədə məlumat verib. O, Milli Məclisə seçkilərlə bağlı şəffaflığın təmin edildiyini söyləyərək 48 mindən çox yerli, 1029 nəfər beynəlxalq müşahidəçinin akkreditasiyadan keçdiyini, KİV-lərə informasiya toplamaq üçün bütün şəraitin yaradıldığını diqqətə çatdırıb. MSK sədri seçicilərin və aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi, seçki məntəqələrinin hazırlıq səviyyəsi barədə qonaqları məlumatlandırıb. S.Orlova artıq beşinci dəfədir ki, müşahidəçi kimi Azərbaycanda olduğunu qeyd etmiş və ölkənin seçki praktikasının ildən-ilə təkmilləşdiyini vurğulayıb.
O, Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı görülən işləri yüksək qiymətləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB