Prezident İlham Əliyev Kuba Dövlət Şurasının sədrinə başsağlığı verib

Prezident İlham Əliyev Kuba Dövlət Şurasının sədrinə başsağlığı verib

Prezident İlham Əliyev çoxsaylı insan ölümünə səbəb olan təyyarə qəzası ilə əlaqədar Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının sədri Raul Kastro Rusa başsağlığı verib.

Başsağlığı məktubunda bildirilir: "Hörmətli cənab sədr, Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Kuba xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə