24 saylı Nizami birinci seçki dairəsində seçicilər üçün bütün lazımi şərait yaradılıb
24 saylı Nizami I seçki dairəsində yerləşən məntəqələrdə prezident seçkiləri ilə bağlı səsvermə saat 8:00-da başlayıb.
Seçki dairəsi dairə seçki komissiyasının sədri Niyazi Nəcəfov bildirib ki, hazırda dairə üzrə 44 min 765 seçici qeydiyyatdadır. Dairədə, həmçinin 36 məntəqə fəaliyyət göstərir. On məntəqədə veb-kameralar quraşdırılıb.
Seçki prosesini izləmək üçün 399 yerli müşahidəçi qeydiyyata alınıb. Seçkiləri izləyənlər arasında beynəlxalq müşahidəçilər də var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB