"Ölkədə 5 milyon 309 min 434 seçici var. Seçki bülletenlərinin sayı seçicilərin sayından 3 faiz artıqdır, yəni 5 milyon 347 min 803 seçki bülleteni çap olunub". SİA-nın verdiyi məlumata görə, bu məlumatı bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, Azərbaycanda 125 seçki dairəsi var: "Ölkədə daimi seçki məntəqələrinin sayı 5426, müvəqqəti seçki məntəqələrinin sayı isə 215-dir. Seçki komissiyalarına 5253 nəfər məşvərətçi səs hüquqlu komissiya üzvü təyin olunub. Ölkədən kənarda yaradılan 41 seçki məntəqəsində 13 min 820 nəfər səs verəcək.
1455 seçki məntəqəsində hərəkət qabiliyyəti məhdud olan seçicilərin maneəsiz hərəkəti üçün mobil panduslar quraşdırılıb. Gözdən əlil seçicilərin sərbəst şəkildə səsverməsi üçün hər bir seçki məntəqədə Brayl əlifbası ilə tərtib olunan trafaret formaları ilə təmin olunub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB