Əli Əhmədov MDB ölkələri Parlamentlərarası Assambleyasının müşahidə missiyasının üzvlərini qəbul edib
Azərbaycan Respublikasının Prezidentliyinə namizəd cənab İlham Əliyevin səlahiyyətli nümayəndəsi, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov aprelin 10-da partiyanın mənzil-qərargahında MDB ölkələri Parlamentlərarası Assambleyasının müşahidə missiyasının üzvləri ilə görüşüb.
Görüşdə YAP-ın Sədr müavini Əli Əhmədov prezident seçkilərinə hazırlıq prosesindən bəhs edərək görülən işlər barədə məlumat verib.
Öz növbəsində, müşahidə missiyasının üzvləri Azərbaycandakı seçkiqabağı mühiti müsbət qiymətləndirərək, seçicilərin öz iradələrini sərbəst ifadə etmələri üçün lazımi şəraitin yaradıldığını bildiriblər.
YAP İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov görüşdə iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB