Şəhid olmuş iki Azərbaycan hərbçisinin meyitnin qaytarılması prosesinə başlanıb

Şəhid olmuş iki Azərbaycan hərbçisinin meyitnin qaytarılması prosesinə başlanıb

Təmas xəttində şəhid olmuş iki Azərbaycan hərbçisinin meyitnin qaytarılması prosesinə başlanıb. SİA-nın məlumatına görə, proses Ağdamın Baş Qərvənd kəndi yaxınlığında, neytral ərazidə həyata keçirilir. Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndələri əraziyə gəliblər.

Azərbaycan hərbçiləri Mübariz İbrahimov və Fərid Əhmədovun meyitləri ilə dəyişdiriləcək Ermənistan vətəndaşı Qavruşa Ambarsumyanın meyiti də əraziyə gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə