"Mərkəzi Seçki Komissiyası (MSK) sabah keçiriləcək Azərbaycan Prezidenti seçkilərinə artıq tam hazırdır". SİA-nın verdiyi məlumata görə, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
MSK sədri bildirib ki, həm Azərbaycanın daxilində, həm də xaricində bütün seçicilərin səs verməsi üçün lazımi şərait yaradılıb.
M.Pənahov qeyd edib ki, müşahidəçilərin çeşidi kifayət qədər genişdir və müşahidə aparmaqla bağlı heç bir müraciətə yox cavabı verilməyib: “Biz müşahidə aparmaq üçün bütün müraciətlərə müsbət cavab vermişik və bu da çox yaxşı haldır”.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB