Bakıda növbəti 3-cü Beynəlxalq Təhsil Sərgisi keçirilir. SİA-nın məlumatına görə, sərgi Kaspi Təhsil Mərkəzi təşəbbüsü ilə təşkil olunub. Sərginin açılış mərasimində çıxış edən Kaspi Təhsil Şurasının sədri Sona Vəliyeva ilk növbədə sərgi haqqında məlumat verib. O bildirib ki, gənclər budəfəki sərgidə hazırlıq kursları, universitetlər və digər sahələr haqqında onları maraqlandıran suallara cavab tapacaqlar.
S.Vəliyevanın sözlərinə görə, hər bir gəncin arzusudur ki, xaricdə təhsil alsın. Xaricdə təhsil almaq gəncin özü üçün nə qədər vacibdirsə, Azərbaycan üçün ondan da artıq vacibdir. Kaspi Təhsil Şurasının sədrinin fikrincə, hər bir gəncin xaricdə təhsil alması ölkəmizin bu sahədə inkişafına da təsirini göstrməkdədir. O qeyd edib ki, sərgidə 10-a yaxın beynəlxalq təhsil müəssisəsi iştirak edir. Hər kəsə uğurlar arzu edən Kaspi Təhsil Şurasının sədri sərgini açıq elan edib.
Qeyd edək ki, bu dəfə sərgidə yeni iştirakçılar sırasında INTO, CEG (Cambridge Education Group), University of Sheffild, University of East Anglia və başqalarının da adları var. Tələbələr və onların valideynləri sərgidə bundan əlavə bir çox təhsil qurumunun nümayəndələri ilə üzbəüz görüşmək imkanı da əldə edəcəklər. Ekspertlər tərəfindən qəbul şərtləri, təqaüd imkanları və təhsil proqramları haqda dolğun məlumatlar veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB