Lavrovun reallıqdan uzaq açıqlaması: İşğal faktı və “qarşılıqlı inam”

Lavrovun reallıqdan uzaq açıqlaması: İşğal faktı və “qarşılıqlı inam”

Rusiya Xarici İşlər naziri Serqey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti dəfə KİV nümayəndələrinə öz fikirlərini bölüşüb. Diplomat tərəfləri qarşılıqlı etimada səsləyib.

Lavrov israrla vurğlayıb ki, problemin həlli istamətində İrəvan və Bakının biri-birinə etibar etməsi, münaqişə tərəfləri arasında mövcud olan inamsızlığın aradan qaldırılması başlıca şərtdir. Rusiya xarici siyasət idarəsinin rəhbərinin bu cür fikirləri ilk dəfə deyil səslənir.

Daha öncə də Lavrov tərəfləri “etimada” dəvət etmişdi. Diplomatın son açıqlamasını Moskvanın növbəti siyasi maneviri kimi də xarakterizə etmək olar. Necə deyərlər Kreml bir daha “topu” Bakı ilə İrəvanın üzərinə atıb. Əslində Lavrovda çox gözəl bilir ki, mövcud siyasi vəziyytədə hər hansısa qarşılıqlı “inamdan” danışmaq mümkün deyil. Səbəblər kifayyət qədər sadə və olduqca anlaşılandır. Ermənistanın qeyri-konstruktiv mövqeyi nəinki qarşılıqlı etimata zəmin yaradır, əksinə bölgədə hərbi tendensiyanın artmasına rəvac verir. Azərbaycan Ermənistana mümkün sülh üçün bütün mümkün imknalarını, ən kompromis təkliflərini irəli sürüb.

Lavrovun bəhs etdiyi qarşılıqlı inam məsələsini rəsmi Bakı daha öncə İrəvana təklif edib. Ermənistan Dağlıq Qarabağın işğalını uzatmaq üçün hal-hazırda bufer zona kimi istifadə etdiyi Azərbaycan ərazilərindən çəkilməli, bundan sonra Qarabağın gələcək statusu ilə bağlı müzakirələr davam etdirilməlidir. Bu həm də məhz Lavrovun qeyd etdiyi qarşılıqlı inamın başlanğıcı olardı. Azərbaycanın beynalxalq ədalətə söykənən şərtləri Ermənistana Rusiyada aparılan danışıqlarda da edilib və Serqey Lavrov bu görüşlərin əksəriyyətinin bir başa iştirakçısı olub. Üstəlik Azərbaycan gələcəkdə ermənilərin də Dağlıq Qarabağda yaşamasına tam zəmanət verir. Baxmayaraq ki, Bakı bununla razılaşmaya da bilərdi. Lakin Ermənistan illərdir bütün mümkün vaistələrlə mövcud reallıqdan, daha dəqiq desək münaqişənin sülh yolu ilə həllində yeganə prinsipdən boyun qaçırır. Dolayısı ilə Moskvada yaxşı anlayır ki, İrəvandakı indiki hakimiyyətin işğalşılıq siyasəti davam etdikcə “qarşılıqlı inamdan” söhbət getməyəcək.

Lavrovunda “israrla səsləndirdiyi tərəflər bir-birinə etimad etsin” kimi təklifləri yuxarıda da qeyd etdiyimiz kimi ənənəvi siyasi gedişin tərkib hissəsidir. Dağlıq Qarabağ münaqişəsinin həllinə realist və praqmatik yanaşan yeganə ölkə varsa o da Azərbaycandır. Bakı beynalxalq hüququn ona verdiyi imkanlardan istifadə etməklə 20-ildən artıqdır öz ərazilərini işğaldan azad etməyə çalışır. Bu gün istər Madrid prinsipləri olsun, istər Kazan sammitinin nəticələri və ya bundan sonra əldə olunacaq razılaşmalar bir başa Dağlıq Qarabağa aid olmayan rayonların boşaldılmasından sonra rellaşa bilər. İşğal davam etdikcə “qarşllıqlı inamdan” danışmaq isə sadəcə çəkisi olmayan və məntiqdən uzaq siyasi yanaşmadır.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə