Qışa hazırlıqla əlaqədar Lənkəran Qaz İstismar Sahəsi gücləndirilmiş iş rejiminə keçib. Sahə rəisi Xalid Rzayevin SİA-nın cənub bürosuna verdiyi məlumata görə, hazırda müəssisə 2010-2011-ci illər payız-qış mövsümünə hazırlıqla bağlı bir sıra tədbirlər həyata keçirir. Təmir-tikinti işləri ilə yanaşı, mövcud problemlər həll olunur.
Qışın başlanmasına qədər 7 yaşayış məntəqəsinə qazın verilişinin bərpası istiqamətindəki işləri aparmaqla yanaşı, indiyə kimi 868 abonentin sayğacı həyətdaxilindən kənara çıxarılıb, "Azəriqaz" İstehsalat Birliyinin hesabına 1500 abonentin nasaz sayğacı dəyişdirilərək yenisi ilə əvəz olunub. Həmçinin 123 abonentin qaz xətti yenidən bərpa edilib. Bununla yanaşı ötən dövrdə 40 yeni abonent ilk dəfə olaraq qaz xəttinə qoşulub.
X.Rzayev istifadə edilmiş qaza görə ödənişlərdə də heç bir problemin yaşanmadığını bildirib. Məlumat üçün bildirək ki, Lənkəran Qaz İstismar Sahəsi 12 min 545 abonentə xidmət göstərir. Hazırda rayonun 75 faizi, Lənkəran və Liman şəhərlərindən savayı, 6 kənd mavi yanacaqla təmin olunur. Növbədə isə daha 7 kəndin təbii qazla təmin olunması durur.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170




USD
EUR
GBP
RUB