Xarici siyasət ABŞ hökumətinin nüfuzunu müəyyən edən amillərdəndir. Vaşinqtonun daimi maraqları olsa da, üç gün əvvəl Konqresə keçirilən aralıq seçkilərdə Respublikaçılar Partiyasının Nümayəndələr Palatasında üstünlük əldə etməsi və bir çox əhəmiyyətli komitələrin rəhbərliyini qazanması xarici siyasətdə ABŞ-ın yanaşmasını əhəmiyyətli dərəcədə dəyişdirə bilər. ABŞ-da dəyişən daxili siyasi sistemin isə ən çox aşağıdakı beş ölkəyə təsir göstərəcəyi təxmin edilir.
İsrail
Virciniya ştatının təmsil edən respublikaçı Erik Kantorun Nümayəndələr Palatasında əksəriyyətin lideri olması gözlənilir. Yəhudi olan Kantor Konqresdə İsrailin ən böyük dəstəkçilərindən olub. Eyni zamanda prezident Barak Obamanın Orta Şərq sülh danışıqları müddətində İsrailin Fələstinə verməsini istədiyi imtiyazları sərt şəkildə tənqid edib. ABŞ-ın İsrail siyasətinə təsir edəcək bir başqa siyasətçi Florida ştatını təmsil edəcək İlena Ros-Letinen olacaq. Yəhudi seçicilər üzərində böyük nüfuzu olan Ros-Letinen Nümayəndələr Palatası xarici əlaqələr komitəsinin qadın rəhbəri olmağa namizəddir. O, Obamanın İsrailə tətbiq etmək istədiyi sanksiyaların qarşısını kəsəcək önəmli bir şəxsdir. Seçkilərdən bir gün əvvəl İsrailin nüfuzlu qəzetlərindən "Haaretz"in yazarlarından biri Akiva Elder "gücsüz bir Obamanın İsrail üçün yaxşı olacağını" yazıb. Elder və bir çox siyasi ekspertlərə görə, aralıq seçkilərdə məğlubiyyətə uğrayan Obama bundan sonra səylərini yenidən prezident seçilmək üçün birləşdirəcək.
İran
Nümayəndələr Palatasının respublikaçıların əlinə keçməsindən sonra Konqresin İrana sanksiyalar mövzusunda daha sərt mövqe nümayiş etdirməsi gözlənilir. Bu məsələdə iki respublikaçı Konqres üzvü təmsil etdiyi partiyanı yönləndirə bilər. İrana qarşı həmişə sərt bir mövqe sərgiləyən İleana Ros-Letinenin yeni sanksiyaları dəstəkləyəcəyi bildirilir. Analitikler onun İran qarşı sanksiyaların həyata keçirilməsi zamanı keçmiş komitə rəhbəri demokrat Hovard Berman qədər mülayim davranmayacağı deyilir. Digər tərəfdən Obamanın İran ilə dialoq cəhdlərini tənqid edən Erik Kantorun da daha ağır sanksiyaları dəstəkləməsi gözlənilir. Kantor 2009-cu ilin oktyabr ayında siyasi xəbər saytı olan "Politico"ya "İranın ABŞ şərtlərini təklif edərək bir uzlaşmaq niyyəti qətiyyən görünmür. Dialoq cəhdlərində olmaq, İrana uranın zənginləşdirməsi üçün vaxt qazanmasını təmin edər" demişdi.
Çin
"Foreign Policy" jurnalının xəbərinə görə, Senatın ən liberal səsi oaln Demokrat Partiyası üzvü Rus Feyngold xarici ticarətlə bağlı mövqeyini dəyişdirəcək. Sərbəst ticarət razılaşmalarının və Çin ilə Hindistandan edilən idxalatın artırılması təhlükəsinə toxunan Feyngoldun müşahidə olunan yuan müharibəsi ilə bağlı səsini qaldıracağı gözlənilir. Aralıq seçkilərdən əvvəl "Vaşinqton Post"da verilən bir şərhə görə, respublikaçıların zəfəri Çin ilə aparılan ticarətlə bağlı demokratların siyasətinin üstündən xətt çəkə bilər. Bununla da ABŞ ilə Çin arasındakı iqtisadi əlaqələrdə yeni bir səhifənin açılması gözlənilir.
Kuba
Kubanın paytaxtı Havanada doğulan Kuba əsilli Ros-Letinen Florida ştatının cənubunda yaşayan kubalılar üzərində böyük nüfuza malikdir. Ros-Letinen Kubanın əfsanəvi lideri Fidel Kastronun qurduğu kommunist rejimə nifrət edir. Onun Kubaya tətbiq olunan sanksiyaları yüngülləşdirəcəyi qarşısına məqsəd qoyan Obamaya qarşı çıxacağı gözlənilir. Respublikaçılar bu günə qədər ABŞ-Kuba əlaqələrində sərt münasibəti dəstəkləyərək Floridadakı kubalı seçicilərin səsini qazana bilib. Senatda yer qazanan kubalı bir ailədən gələn Marko Rubioda Ros-Letinenin dəstək verəcəyi əhəmiyyətli bir addır.
Əfqanıstan
Bir çox respublikaçılar Obamanın 2011-ci ilin iyulundan Əfqanıstandan hərbi qüvvələri çıxarmaq planına qarşı çıxır. Respublikaçılar müəyyən olunan tarixin çox tez olduğuna və qarşıdakı hədəflərə çatmağın əldə edilməsini çətinləşdirəcəyini ifadə edir. Obamaya 2008-ci ildə president seçkisini uduzan senator Jon Makkeyn Obamanın bu planına qarşı çıxanlardan biridir. "Foreign Policy" jurnalına görə, Makkeyn Senatın silahlı xidmətlər komitəsində respublikaçı üzvlərin üstünlüyündən faydalanaraq Obamanın planlarını alt-üst edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB