Daşkəsəndə keçirilən sərgidə ARDNŞ-ın pavilyonu böyük marağa səbəb olub

Daşkəsəndə keçirilən sərgidə ARDNŞ-ın pavilyonu böyük marağa səbəb olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ilin sentyabr ayında Özbəkistan Respublikasına rəsmi səfəri zamanı iki ölkənin dövlət başçıları arasında Daşkənd şəhərində Azərbaycan Milli Sərgisinin keçirilməsi barədə razılıq əldə edilib. Bu razılaşmaya əsasən də Daşkənd şəhərində 4550 kvadrat metr sahəni əhatə edən pavilyonda Azərbaycan Milli Sərgisinin açılış mərasimi olub.

SİA-nın verdiyi xəbərə görə, noyabrın 8-nə qədər davam edəcək Sərgidə Azərbaycan tərəfindən dövlət rəsmiləri və 160-dan çox müəssisə və təşkilat iştirak edir. Sərgiyə həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) nailiyyətlərini əks etdirən eksponatlar da öz əksini tapıb.

Dövlət Neft Şirkətinin pavilyonu sərgi iştirakçılarının böyük marağına səbəb olub. İştirakçıları maraqlandıran suallar ARDNŞ təmsilçiləri tərəfindən ətraflı cavablandırılıb. Daşkənddə keçirilən Azərbaycan Milli Sərgisində Azərbaycan Respublikası Dövlət Neft Şirkətini Rüfət Zamanov, Nazim Vəliyev və İlqar Əliyev təmsil edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə