Aprelin 11-də Azərbaycanda Prezident seçkiləri keçiriləcək

Aprelin 11-də Azərbaycanda Prezident seçkiləri keçiriləcək

Aprelin 11-də Azərbaycanda Prezident seçkiləri keçiriləcək. 8 əsas namizəd ölkənin ən yüksək konstitusiya vəzifələrindən biri üçün yarışır. Ölkənin hazırkı Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının sədri kimi 2003-cü ildən bəri ölkəni idarə edib. İlham Əliyev aprelin 11-də təkrar prezident seçildiyi təqdirdə, prezidentliyini yeddi il müddətinə idarə edəcək. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkə daxilində 5641 seçki məntəqəsi yaradılıb. Ümumi seçki məntəqələrindən 5426 daimi elan edilib, 215-i isə müvəqqəti olaraq yaradılıb.

Azərbaycan Seçki Komissiyası xaricdə yaşayan vətəndaşları üçün müxtəlif ölkələrdə ən azı 41 seçki məntəqəsini də qurub. Azərbaycan ərazisindən kənarda yaşayan ən azı 13820 seçici bu imkanlardan istifadə edərək səs verəcək. Seçkilərin şəffaf olmasını və azad və ədalətli keçirilməsini təmin etmək üçün ölkə daxilində seçki məntəqələrində çox sayda veb-kameralar da quraşdırılıb. Seçkilərdə şəffaflığı təmin etmək üçün Azərbaycan bir müddət texnologiyadan istifadə etdiyi bilinir. Təxminən 10 il bundan əvvəl, Azərbaycanda seçki prosesini müşahidə etmək üçün əvvəlcə 500-ə yaxın veb-kameradan istifadə edilib. Nəticədə həmin veb-kameraların sayı 1000-ə yüksəldi. Bu baxımdan veb-kameralardan istifadə edən seçki məntəqələrinin ən azı 20 faizinin monitorinqini təmin etməkdir.

Bildirilir ki, gələn seçkilərin monitorinqini aparmaq üçün Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən 871 beynəlxalq müşahidəçi, o cümlədən jurnalistlər dəvət olunub. Çərşənbə günü keçiriləcək seçkiləri 59 fərqli ölkəyə və 58 beynəlxalq təşkilatına mənsub olan müşahidəçilər izləyəcək. Hazırda akkreditə olunmuş yerli seçki müşahidəçilərin sayı 56,864-dir, onlardan 1962-i MSK tərəfindən akkreditə olunub. Onlar bütün ölkə daxilində keçirilən seçkiləri izləyəcək və həmcinin seçki dairəsinin hüdudlarında olan seçki məntəqələrini müşahidə etmək hüququna malikdirlər. Bundan əlavə, 5099 yaxın səsvermə hüququna malik olan üzvlər siyasi partiyalar tərəfindən aşağı seçki komissiyasına təyin edilib.

Müxtəlif hesabatlara görə, ümumi səsvermə prosesində ədalətliliyi təmin etmək üçün geniş bir şəffaflıq sistemi qurulub. APP ilə söhbət edərkən Azərbaycan Seçki Komissiyasının nümayəndələri Lalə Əliyeva, Sevinc Məhəmmədova və Hədicə bildiriblər ki, səsvermə saat 8.00-da rəsmən başlayacaq və seçki məntəqələri axşam saat 19.00-da bağlanacaq. Daha sonra təhlükəsizliyi təmin etmək üçün bütün seçki məntəqələrindən kənarda polis əməkdaşlarının yerləşdiriləcəyi qeyd edilib.

İlham Əliyevdən başqa, prezidentliyə namizəd olan namizədlər aşağıdakılardır:

Razi Nurullayev - siyasi analitik və Azərbaycan Xalq Cəbhəsi Partiyasının keçmiş sədr müavini.

Sərdar Cəlaloğlu - Azərbaycan Demokratik Partiyasının sədri. Daha əvvəl də eyni vəzifədən 2013-cü ildə istefa verib.

Zahid Oruc - 2001-ci ildən etibarən Parlament üzvüdür. O həmcinin Vətən Partiyasının keçmiş sədr müavinidir. 2013-cü ildədə prezidentliyə namizədliyini irəli sürmüşdü və 5 nömrəli namizəd idi.

Hafiz Hacıyev – Müasir Müsavat partiyasının sədri. Daha əvvəl 2003, 2008 və 2013 illər seçkilərində iştirak etdi.

Qüdrət Həsənquliyev - Azərbaycan Parlamentinin üzvü, həmçinin Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri. O təcrübəli siyasətçidir və 2003, 2008 və 2013-cü illərdə keçirilmiş seçkilərdə iştirak etmişdir.

Araz Əlizadə - Azərbaycan Parlamentinin üzvü və Azərbaycan Sosial Demokrat Partiyasının sədri.

Fərəc Quliyev - Azərbaycan Parlamentinin üzvü və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri. 2013-cü il prezident seçkilərində də iştirak edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə