İlk dəfə səs verəcək gənclərin fəal iştirakını təmin etmək məqsədilə Gənclər və İdman Nazirliyi tərəfindən ayrıca fəaliyyət planı hazırlanıb
7 noyabr 2010-cu il tarixdə keçiriləcək seçkilərdə ilk dəfə səs verəcək gənclərin fəal iştirakını təmin etmək məqsədilə Gənclər və İdman Nazirliyi tərəfindən ayrıca fəaliyyət planı hazırlanıb və "Gənclər gələcəyə səs verir" devizi altında həyata keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, sentyabr-noyabr aylarında 60-dan çox rayon və şəhərlərdə gənclər üçün məlumat xarakterli seminarlar təşkil edilib, gənclərə seçki hüququ, seçki günü səs vermə proseduru, seçici siyahılarında adın dəqiqləşdirilməsi, namizədliyi qeydə alınan şəxslər haqqında məlumatların öyrənilməsi, onların platformaları ilə tanışlıq və s. mövzular haqda məlumatlar verilib.
Seminarlarda Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev və nazirliyin bir sıra məsul əməkdaşları, Dairə Seçki Komissiyalarının nümayəndələri, gənclər təşkilatlarının nümayəndələri, ictimai fəal gənclər və ziyalılar iştirak ediblər. Fəaliyyət planına uyğun olaraq Gənclər və İdman Nazirliynin nəşr etdiyi "Milli Məclis – Qanunverici Orqan" adlı yaddaş kitabçası nəşr olunub və gənclərə paylanıb. Kitabçada Milli Məclisə seçkilərin tarixi, Heydər Əliyev və Azərbaycan Parlamenti, Milli Məclisə seçkilərin keçirilməsinin qanunvericilik əsasları və s. məlumatlar öz əksini tapıb. Bundan başqa "Səsinə qüvvət" və "Səsin gəlsin" adlı qolbaqlar hazırlanıb və ilk dəfə səs verəcək 100.000 gənc arasında paylanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB