Bu gün Televiziya və Radio günüdür

Bu gün Televiziya və Radio günüdür
6 noyabr Televiziya və Radio günüdür. SİA-nın məlumatına görə, bu gün Azərbaycanda televiziyanın yaranmasından 54 il ötür. 1956-cı il fevralın 14-də Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyəti, yəni, AZTV yayıma başlayıb. Dövlət televiziyası Azərbaycan teleməkanına texniki uğurlarla yanaşı yaradıcılıq, telejurnalistikanın inkişafı baxımından da yeniliklər gətirib. Sovet dövründə dövlət televiziyası Azərbaycan dilinin təbiliğində əvəzsiz rol oynayıb. Azərbaycanın ilk elektron mətbu orqanı müstəqillik illərində də ciddi işlər görüb. Məsələn, birinci Qarabağ müharibəsi dövründə Azərbaycan həqiqətlərini beynəlxalq arenaya çıxırılmasında dövlət televiziyasının müstəsna xidməti olub.

Bütün xəbərlər Facebook səhifəmizdə