Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, telefon danışığında Suriyadakı vəziyyət, xüsusilə ilə Duma və Şərqi Qutada baş verən hadisələr müzakirə edilib.
Həmçinin tərəflər ikitərəfli əlaqələr barədə də fikir mübadiləsi aparıb.
Telefon söhbətində dinc sakinlərin öldürülməsinin qarşısının alınması və humanitar yardımların çatdırılması sahəsində birgə əməkdaşlığın vacibliyi vurğulanıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB