Tarixin bu günü və ya bu günün tarixi

Tarixin bu günü və ya bu günün tarixi
- Osmanlı imperatoru Sultan Süleyman Qanuni anadan olub (1494)
- Avraam Linkoln ABŞ-ın prezidenti seçilib (1860)
- Rus bəstəkarı Pyotr Çaykovskinin xatirə günü (1893)
- Uilyam Mak-Kinli ABŞ-ın prezidenti seçilib (1900)
- Hindlilərin siyasi lider Mahatma Qandi həbs edilib (1913)
- Finlandiya müstəqilliyini elan edib (1917)
- Petroqradda oktyabr hərbi çevrilişi baş vermiş, Lenin və Trotski hakimiyyəti ələ alıblar. Sovet tarixşünaslığında bu hadisə "Böyük Oktyabr Sosialist İnqilabı" adlandırılıb (1917)
- Birinci Dünya müharibəsinin gedişi zamanı ingilis və fransız qoşunları Çanaqqala boğazını ələ keçiriblər (1918)
- DQMV I sovetlər qurultayı işə başlayıb (1923)
- Efirdə ilk dəfə "Danışır Bakı" səslənib, Azərbaycanda radio yayımları başlanıb (1926)
- İtaliya Almaniya və Yaponiya arasında imzalanmış antikommunist paktına qoşulub (1937)
- Herbert Huver ABŞ-ın prezidenti seçilib (1928)
- Kiyev alman qoşunlarından azad edilib (1943)
- ABŞ-da plutonium radioaktiv metalı sintez edilib (1944)
- Aktrisa Zərnigar Ağakişiyeva anadan olub (1945)
- Duayt Eyzenhauer ikinci dəfə ABŞ-ın prezidenti seçilib (1956)
- Bakı Metropoliteninin 5 stansiyası – "Bakı soveti", "26 Bakı komissarı", "28 aprel", "Gənclik" və "Nəriman Nərimanov" stansiyaları istismara verilib (1967)
- Aktrisa Fatimə İbrahimbəyova anadan olub (1974)
- Türkiyədə hərbi çevrilişdən sonra (1980) ilk dəfə parlament seçkiləri keçirilib (1983)
- Ronald Reyqan ABŞ-ın prezidenti seçilib (1984)
- Polkovnik Rabuka Ficini müstəqil respublika elan edib (1987)
- Küveytdə İraq ordusunun yandırdığı son neft mədəni söndürülüb. İndi bu gün Küveytdə milli bayram kimi qeyd olunur (1991)
- Azərbaycan Respublikası Bəhreyn ilə diplomatik əlaqələr qurub (1996)
- 25 illik fasilədən sonra Tehran-Bağdad hava xətti açılıb (2005)
- Amerikalı alim Feliks Sertsvadze ermənilərin Xocalı faciəsi qurbanlarının fotolarını 1915-ci il hadisələrinin "sübut"u kimi təqdim etdiklərini isbatlayıb (2007)
- Yazıçı, tərcüməçi Qılman İlkinin xatirə günü (2009)

Bütün xəbərlər Facebook səhifəmizdə