Lavrov: “Biz bunu xüsusi faciəyə çevirmirik”

Lavrov: “Biz bunu xüsusi faciəyə çevirmirik”

Dağlıq Qarabağ münaqişəsinin tərəfləri danışıqlarda irəliləyişin əldə edilməsi üçün bir-birlərinə qarşı inamsızlıqdan imtina etməli, 2011-ci ildə keçirilmiş Kazan sammitinin razılaşmalarından istifadə etməlidirlər. SİA-nın verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan mətbuatına müsahibəsində deyib.

Müsahibənin mətni Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

"Ən vacibi inamsızlıqdan çəkilmək, - hansı ki, əvvəlki kimi bəzən danışıqların gedişatında görünür - və həqiqi, praqmatik ideyalarda cəmləşməkdir", - deyə Lavrov bildirib.

Onun sözlərinə görə bu ideyaları "kağıza qoymaq" (rəsmiləşdirmək-red) lazımdır.

Rusiyanın XİN rəhbəri qeyd edib ki, 2011-ci ildə Kazan sammitinə hazırlıq o cümlədən ATƏT-in Minsk qrupu həmsədrləri arasında da intensiv aparılıb.

"Lakin sammitin gedişatında əlavə məsələlər və şərhlər ortaya çıxdı. Belə hallar olur. Biz bunu xüsusi faciəyə çevirmirik. İş davam etməlidir", - deyə Lavrov vurğulayıb.

O, qeyd edib ki, Kazan sammitinin bir çox müddəaları hələ də aktuallığını itirməyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə