Azərbaycanın xarici işlər naziri TürkPA-nın beynəlxalq müşahidəçilər missiyasının nümayəndələrini qəbul edib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli ölkələrin Parlament Asambleyasının (TürkPA) beynəlxalq müşahidəçilər missiyasının nümayəndələrini qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanda Milli Məclisə seçkidən öncə vəziyyət, görülən hazırlıq işləri və seçki günü müşahidəçilərin iş planları barədə ətraflı söhbət aparılıb. E. Məmmədyarov parlament diplomatiyasının vacibliyini qeyd edərək TürkPA-nın bu xüsusda oynaya biləcəyi roldan danışıb.
Qonaqların Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar sualını cavablandırarkən E. Məmmədyarov münaqişənin həllinə dair aparılan danışıq prosesi və Azərbaycanın ədalətli, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyi barədə ətraflı məlumat verib.
Sonra tərəflər bir sıra ikitərəfli, regional və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB