4 noyabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli Səfiri Herbert Kvelleni qəbul edib.
Qurumdan SİA-ya verilən məlumata görə, xidmət rəisi Arzu Rəhimov qonağı səmimi salamlayaraq, yeni təyinatı münasibətilə onu təbrik etmiş, işlərində müvəffəqiyyətlər arzulayıb. Arzu Rəhimov Səfirə Dövlət Miqrasiya Xidmətinin yaranma tarixi, bu istiqamətdə görülmüş işlər barədə məlumat verib. Xidmət rəisi Dövlət Miqrasiya Xidməti ilə Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi arasında miqrasiya sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edərək, mövcud ikitərəfli münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.
Səmimi qəbula görə minnətdarlığını bildirən Səfir Herbert Kvellen iki ölkə arasında tərəfdaşlıq əlaqələrinin inkişafından danışmış, fəaliyyəti dövründə Almaniya-Azərbaycan əməkdaşlığının daha da genişləndirilməsi və gücləndirilməsi istiqamətində çalışacağını bildirib.
Görüşdə həmçinin Azərbaycan Respublikasında miqrasiya prosesləri, bu sahədə ölkə qanunvericiliyinə edilmiş son əlavə və dəyişikliklər barədə səfiri maraqlandıran suallar cavablandırılmış və söhbət əsnasında qarşlılıqlı fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB