MDB müşahidəçi missiyasının rəhbəri: “Azərbaycanda parlament seçkilərinə hazırlıqlar yüksək səviyyədə gedir”

MDB müşahidəçi missiyasının rəhbəri: “Azərbaycanda parlament seçkilərinə hazırlıqlar yüksək səviyyədə gedir”

Xarici işlər naziri Elmar Məmmədyarov MDB İcraiyyə Komitəsinin sədri, icraçı katibi və eyni zamanda MDB müşahidəçi missiyasının rəhbəri Sergey Lebedevi qəbul edib. XİN mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, rəhbərlik etdiyi missiyanın 352 nəfər müşahidəçidən ibarət olduğunu bildirən S.Lebedev qarşıdan gələn parlament seçkilərinə hazırlıqların yüksək səviyyədə getdiyini qeyd edib, müxtəlif ölkələrdə müşahidə etdiyi seçkilərdə qazandığı təcrübəsi ilə bölüşüb.

 

Nazir E.Məmmədyarov növbəti parlament seçkilərinin müvvəffəqiyətlə nəticələnəcəyinə dair əminliyini ifadə edib.

 

Sonra tərəflər bir sıra ikitərəfli, regional və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə