Azərbaycan Tələbələr Birliyi Avropa Tələbələr Birliyinə tamhüquqlu üzv qəbul edilib
Bu gün Azərbaycan Tələbələr Birliyi (ATB) Avropa Tələbələr Birliyinə tamhüquqlu üzv qəbul edilib. ATB-dən SİA-ya verilən xəbərə görə, cari ilin may ayında İspaniyanın Madrid şəhərində keçirilən 58-ci İdarə Heyəti toplantısında Azərbaycana Avropa Tələbələr Birliyinin nümayəndə heyətinin tanışlıq səfəri etməsi qərara alınıb. 6-12 sentyabr tarixlərində reallaşan tanışlıq səfərində Avropa Tələbələr Birliyinin nümayəndə heyəti Azərbaycan Tələbələr Birliyi, dövlət strukturları, beynəlxalq təşkilatlar, universitet rəhbərlikləri və digər QHT-lərlə görüşlər keçirib. Səfərin sonunda nümayəndə heyəti tərəfindən hesabat hazırlanıb.
Avropa Tələbələr Birliyinin 1-6 noyabr tarixlərində İsrailin Tel-Əviv şəhərində reallaşan 59-cu İdarə Heyətinin Toplantısında ölkəmizə səfər zamanı hazırlanan hesabat toplantı iştirakçılarına təqdim olunub. Toplantıda 37 ölkədən olan 44 milli tələbə birliyinin birgə müzakirələri əsasında Azərbaycan Tələbələr Birliyinin Avropa Tələbələr Birliyinə tamhüquqlu üzv olması qərara alınıb.
Qeyd edək ki, Azərbaycan Tələbələr Birliyi Cənubi Qafqaz ölkələri arasında Gürcüstandan sonra təşkilata üzv olan ikinci ölkədir. ATB Avropa Tələbələr Birliyinin 38-ci ölkədən 45-ci üzvüdür.
Məlumat üçün bildirək ki, Avropa Tələbələr Birliyi özündə 11 milyondan çox tələbəni birləşdirir. Avropa Şurası, Avropa Komissiyası, Bolonya qrupu kimi təşkilatların ali təhsil sahəsində rəsmi tərəfdaşıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB