Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının xarici işlər nazirinin müavini qəbul edib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının xarici işlər nazirinin müavini şahzadə Xalid ibn Saud bin Xalid Al Saudu qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyən nazir E. Məmmədyarov bunun həm ikitərəfli məsələlərdə, həm də beynəlxalq təşkilatlar çərçivəsində mövcud əməkdaşlıqda öz əyani təzahürünü tapdığını bildirib.
Öz növbəsində səudiyyəli qonaq Bakıya səfər etməsindən məmnun olduğunu, Azərbaycanda gedən inkişaf prosesinin gözlədiyindən də artıq olduğunu və bununla da əhalinin yaşayış tərzinin yaxşılandırılmasına yönəlmiş dövlət siyasətinin düzgün seçildiyini vurğulayıb.
Ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu təsdiqləyən qonaq, eyni vəziyyətin iqtisadi sahəyə də şamil edilməsi vacibliyini deyib. Ticarət, qarşılıqlı sərmayələr və iqtisadiyyatın digər sahələrinin inkişafına daha çox yer verilməsinin zəruriliyindən danışan qonaq bu istiqamətdə aparılan işlərin intesivləşdirilməsində ehtiyac olduğunu da bildirib.
Sonra tərəflər bir sıra ikitərəfli, regional və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB