Qısa müddət ərzində "Milli-Strateji Düşüncə Mərkəzi" sədri İsa Qəmbərin bir neçə dəfə tibb müəssisəsinə müraciət etməsi səhhətində olan ciddi problemlərdən xəbər verir. Təkcə Azərbaycanda olan tibb müəssisələrində deyil, hətta Türkiyədə, Ankara Hacettepe Universiteti xəstəxanasında belə müalicə alan İ.Qəmbər, yenə də müalicə məqsədi ilə ölkə hüdudlarından kənarda olan tibb müəssisəsinə müraciət edib və bu məqsədlə hal-hazırda Almaniyadadır. Görünür, Türkiyədə müalicə alması "Milli-Strateji Düşüncə Mərkəzi" sədrinin ürəyincə olmayıb. Yəqin ki, məhz bu səbəbdən, dünyanın daha qabaqcıl tibb müəssisələrinə müraciət etməyə məcbur olub.
Eks-başqanın artıq bir neçə dəfə, həm də ardıcıl olaraq, ayrı-ayrı xəstəxanalara müraciət etməsi, müayinə və müalicəsi səhhətində olan ciddi problemlərdən xəbər verir. Əks halda, ötən ayın ikinci yarısında Türkiyədəki xəstəxanadan dönən eks başqan qısa müddətdən sonra müalicə məqsədilə Almaniyaya üz tutmazdı.
Dünyaca məşhur olan, tanınmış Ankara Hacettepe Universiteti xəstəxanasının İ.Qəmbəri müayinə və müalicə edən həkiminin "Səs" İnformasiya Agentliyinə verdiyi açıqlamasından bəlli olur ki, sabiq başqanın siyasi fəaliyyətlə məşğul olması mümkün deyil. Hətta ev şəraitində, müalicəsini ambulator qaydada davam etdirməsi üçün nəzarət altında olması məsləhət görülüb və səhhətinin yaxşılaşması üçün zəruri tədbirlərin vacibliyi bildirilib. Aktiv fəaliyyətdən uzaq olması barədə xüsusi tapşırıqlar alan sabiq başqan, həqiqətən də, siyasi səhnədən bir müddətdir ki, uzaqdır və bu uzaqlıq da bu vaxta qədər kölgəsi altında olan Müsavat partiyasında baş verən qarmaqarışıqlıqda özünü büruzə verir.
İsa Qəmbər xəstəliyinin acı nəticələrini, hətta ölümlə də nəticələnə biləcəyini başa düşür
Statistik göstəricilərə nəzər salsaq, görərik ki, dünyasını dəyişənlər içərisində ürək, qan-damar sistemi xəstəliklərindən əziyyət çəkənlər çoxluq təşkil edir və bir sözlə, bu xəstələr daha böyük risk qrupuna aiddirlər. Nəzərə alsaq ki, sabiq başqan, məhz bu tip problemlərlə qarşı-qarşıyadır, onun siyasi proseslərdən uzaqda qalması, hazırda öz səhhəti, sağlamlığı və həyatda qalması üçün mübarizə aparması başadüşüləndir. Yəni İ.Qəmbər artıq elə bir yaş dövründədir ki, əziyyət çəkdiyi xəstəliyin açı nəticələrini, hətta ölümlə nəticələnə biləcəyini də başa düşmək iqtidarındadır və çox güman ki, bunu qəbul etmək məcburiyyətində qalıb. Əlbəttə, yaşamaq üçün mücadilə etməsi, tibb müəssisələrinə də müraciət etməsi təbii haldır və görünür, yaşamaq həvəsindədir deyə təslim olmaq istəmir.
Almaniyadan aldığımız məlumat bizi tamamilə fərqli bir proqnoz verməyə vadar edir. Yəni qeyd etdiyimiz kimi, səhiyyə sahəsində daha çox inkişaf etmiş bu əcnəbi ölkə həkimləri tərəfindən müayinə zamanı "Milli-Strateji Düşüncə Mərkəzi" sədri barədə ümidverici heç bir söz verilməyib. Əksinə, tamamilə ümidsiz diaqnozlar qoyulub. Hətta sabiq başqanın xəstəxanada yerləşdirilməsinin və müalicəsinin əbəs yerə olduğunu bildirən həkimlər, onu da xatırladıblar ki, xəstəxanada yerləşdirilməsi, görülməsi mümkün olan hər hansı tədbirlər belə nəticə etibarı ilə heç nəyi dəyişməyəcək.
Hər ehtimala qarşı, nəşin gətirilməsinə müsavatçılar hazır olmalıdır
Almaniyadakı həkimlərin İ.Qəmbər barədə məsləhəti, əsasən, bundan ibarət olub ki, onun ailəsinin yanında olması daha məqsədəuyğundur. Ola bilsin ki, həkimlər onun son günlərini yaşadığını təxmin edirlər. Qeyd etdiyimiz kimi, ürək və qan-damar xəstəlikləri elə bir risk qrupuna aid edilir ki, hər an ürək öz fəaliyyətini dayandıra, həyat əlamətləri yox ola və xəstə dünyasını dəyişə bilər. Hətta ürək əməliyyatları öncəsi xəstənin yaxınlarından alınan rəsmi razılıq da, o deməkdir ki, əməliyyat zamanı belə xəstədə olum faktının qeydə alınması mümkündür və nəzərə alsaq ki, yaşlı insanlarda bu risk daha böyükdür, bu baxımdan, Almaniyadakı həkimləri də başa düşmək olar.
Təbii ki, həkim yalnız öz tövsiyələrini verir və ona əməl edib-etməmək qalır xəstənin, yaxud onun sahibinin boynunda. Vəziyyətin kritik olduğunu müəyyən edən Almaniya həkimləri, çox güman ki, əlavə problemlərin yaşanmaması, izafi vəsaitlərin sərf edilməməsi üçün belə bir tövsiyə veriblər. Görünür, həkimlər əbəs yerə xəstəxana xərclərinin çəkilməsindən tutmuş, ən aktual qayğılardan xəstəni azad etmək niyyəti güdürlər. Nəzərə alsaq ki, olüm faktı təsdiq edildikdən sonra ekspertizadan başlamış, nəşin Azərbaycana gətirilməsinə qədər hər biri qayğı, nəzarət və maliyyə vəsaiti tələb edir, xəstə sahiblərinə həkimlərin bu tövsiyəsini yüksək dəyərləndirmək düşür. Həkim tövsiyəsi dinləniləcək, ya yox, bu barədə deyə bilmərik, amma dinlənilməyəcəksə, hər ehtimala qarşı, nəşin Azərbaycana gətirilməsi üçün müsavatçılar hazır olmalıdırlar.
İnam HACIYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB