Erməni lobbisinin acı etirafı - FAKT

Erməni lobbisinin acı etirafı - FAKT

Erməni diplomatları Azərbaycan və Türkiyə siyasəti qarşısında aciz qalıb. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözlər Avropa Erməniləri Birliyinin Forumu tərəfindən hazırlanan hesabatda əksini tapıb.

 

Forumun mətbuat xidmətinin yaydığı xəbərdə bildirilib ki, Azərbaycan və türk diplomatlarının birgə fəaliyyəti ilk illərdə çox bilinməsə də son illərdə əldə edilən uğurlar danılmaz faktdır olaraq qalır: "Xüsusi ilə Böyük Britaniyada bu özünü daha çox büruzə verir. Məsələn: Azərbaycan nümayəndə heyəti "Chatham house" yanında böyük bir binanı alıb. Hansı ki orada Azərbaycanın Avropa İttifaqı üzrə əməkdaşlıq mərkəzi yerləşir. Mərkəzdə yüksək ixtisaslı Azərbaycan və ingilis ekspertləri fəaliyyət göstərir. Azərbaycan səfirliyi buradakı bütün işləri idarə edir. Bütün bu görülən işlərin hesabına Azərbaycanın tərəfini saxlayan İngiltərə parlamenti üzvlərinin sayı durmadan artır. Əlavə olaraq Azərbaycan lobbisinin fəaliyyətinə Türkiyə səfirliyinin işini də əlavə etsək gözlərimiz önündə qarşısıalınmaz ordu canlanır. Çünki, hər iki dövlətin lobbisinin nümayəndələri bir birindən xəbərsiz heç nə etmir".

 

Hesabatda Azərbaycan və Türkiyə nümayəndələrinin gördüyü işlərin fonunda erməni lobbisinin Böyük Britaniyadakı fəaliyyətinə də toxunulub. Bu fəaliyyət təhqiramiz formada təqdim olunur: "Ermənilərin vəziyyətinin bərbad olduğunu demək olar. Bataqlıqda boğulan lobbi nə edə bilər axı? Təhqir edici olsa da demək yerinə düşər ki, Ermənistan İngiltərədə iki şəxslə təmsil olunur. Konsul və onun köməkçisi. Son altı ay ərzində səfir də təyin olunmayıb. Qeyri-adi istedada malik insan Ermənistan səfirliyinə səfir göndərilsə də, həmin şəxs Azərbaycan və Türkiyə lobbisi qarşısında gülünc və acız vəziyyətdə qalacaq. Çünki səfirin onlarla yox, yüzlərlə və minlərlə azərbaycanlıya cavab verməyə imkanı yoxdur. Bu artıq qeyri-mümkündür".

 

Bəyanatda verilən xəbərdə son zamanlarda Azərbaycan lobbisinin Böyük Britaniyanın mətbuatında öz çəkisini artırdığı da əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə