Sarkisyanın üç müşaviri vəzifəsindən azad olunub

Sarkisyanın üç müşaviri vəzifəsindən azad olunub

Ermənistan prezidentinin üç müşaviri vəzifəsindən azad olunub.

SİA Ermənistan mediasına istinadla xəbər verir ki, bu barədə məlumatı Ermənistan prezidentinin mətbuat xidməti yayıb.

Ermənistan prezidenti Serj Sarkisyan Qaqik Gevorkyan, Matevos Aramyan və Feliks Pirumyanın müşavir postundan azad edilməsi haqqında fərman imzalayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə