İran XİN rəhbəri: “ABŞ hökumətinin etinasızlığı silahlanmanı gücləndirəcək”

İran XİN rəhbəri: “ABŞ hökumətinin etinasızlığı silahlanmanı gücləndirəcək”

“Nüvə silahlarının müasirləşdirilməsi ilə bağlı Vaşinqtonun 1,2 trilyon dollar xərcləmək planları yeni silahlanma yarışına gətirib çıxaracaq”.

SİA-nın verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıda Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin aralıq konfransında deyib.

O bildirib ki, ABŞ hökumətinin artmaqda olan etinasızlığı da silahlanmanı gücləndirəcək.

Nazir əlavə edib ki, Qoşulmama Hərəkatı silahsızlaşdırılma üzrə səyləri davam etdirməlidir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə