Avropa Şurası Parlament Assambleyası (AŞPA) noyabrın 7-də keçiriləcək parlament seçkilərini izləmək üçün 30 nəfərdən ibarət qısamüddətli müşahidə missiyasını Azərbaycana göndərəcək. SİA-nın AŞPA-nın internet saytına istinadən xəbər verir ki, belçikalı deputat Pol Villin rəhbərlik edəcəyi missiya noyabrın 5-dən 8-dək Azərbaycanda olacaq.
AŞPA nümayəndə heyəti seçkilərin gedişini ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçiləri ilə birlikdə izləyəcək. Avropalı parlamentarilər 7 Noyabr seçkilərindən öncə ölkənin rəsmi şəxsləri, siyasi partiya mənsubları, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri, yerli müşahidəçilər, eləcə də vətəndaş cəmiyyətinin və mətbuatın nümayəndələri ilə görüşlər keçirəcəklər.
AŞPA-nın qısamüddətli müşahidə missiyası noyabrın 8-də Bakıda mətbuat konfransı keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB