Miroslav Layçak: "Problemlə mübarizə aparmaq üçün birləşmək lazımdır"
"Hər yerdə münaqişələr qızışdığı zaman inkişafa nail olmaq mümkün deyil". SİA-nın verdiyi məlumata görə, bunu BMT Baş Assambleyasının 72-ci sessiyasının prezidenti Miroslav Layçak bu gün Bakıda keçirilən Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransında deyib.
Onun sözlərinə görə, dayanıqlı inkişaf münaqişələrin həllinə müsbət təsir göstərə biləcək, eləcə də post-münaqişə ölkələrinə investisiya axınlarını təmin etmək zəruridir.
M.Layçak bildirib ki, bu gün varlılarla kasıblar arasında fərq böyüyür, insanların müharibəyə son qoymaqla bağlı çağırışları eşidilmir: "Görünməz müharibə gedir. Bu problemlə mübarizə aparmaq üçün birləşmək lazımdır".
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB