Yaşamaq üçün ən yaxşı ölkələr hansıdır?

Yaşamaq üçün ən yaxşı ölkələr hansıdır?

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramı yeni Humanitar İnkişaf İndeksini açıqlayıb. SİA-nın məlumatına görə, dünyada yaşamaq üçün ən yaxşı ölkə Norveç, həyat standartlarının ən aşağı olduğu ölkə isə Zimbabvedir.

 

BMT baş katibi Pan Ki Mun ilə İnkişaf Proqramının rəhbəri Helen Klarkın iştirak etdiyi toplantıda açıqlanan hesabatda ölkələr humanitar inkişafa görə, çox yüksək, yüksək, orta və aşağı olmaqla 4 qrupa ayrılıb. Siyahıda Avstriya 2, Yeni Zellandiya 3, ABŞ 4, İrlandiya 5, Lixtenşteyn 6, Hollandiya 7, Kanada 8, İsveç 9, Almaniya isə 10-cu yerdədir.

 

İndeksdə Yaponiya 11, İsrail 15, Yunanıstan 22, İngiltərə 26, Birləşmiş Ərəb Əmirlikləri 32, Kipr 35-cı sırada yerləşıb və ümumilikdə "ən yüksək humanitar inkişaf indeksinə" sahib ölkələr arasında Qərb ölkələri üstünlük təşkil edir. Türkiyə 0,679-luq bir qiymətlə 169 ölkə arasında 83-cü yerdədir. Orta ömür müddətinə görə, Yaponiya 83,6 yaşla birinci yerdə olduğu halda, Əfqanıstan 44,6 yaşla sonuncu yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə