Tarixin bu günü və ya bu günün tarixi

Tarixin bu günü və ya bu günün tarixi
- İngiltərə-İspaniya müharibəsi Madrid sazişinin imzalanması ilə başa çatıb (1670)
- Vudro Vilson ABŞ-ın prezidenti seçilib (1912)
- İngiltərə Kipri işğal etdikdən sonra Fransa ilə birləşərək Osmanlı İmperiyasına müharibə elan edib (1913)
- Azərbaycanın xarici ticarəti Sovet Rusiyasının ticarəti ilə birləşdirilib (1920)
- Londonda ilk televiziya reklamı nümayiş etdirilib (1930)
- Franklin Delano Ruzvelt ABŞ-ın prezidenti seçilib (1940)
- Azərbaycanlı şair, qəzəlxan Baba Pünhan anadan olub (1948)
- FM stereo dalğasında ilk yayım həyata keçirilib (1950)
- Azərbaycan Respublikasının Polşadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev anadan olub (1952)
- Duayt Eyzenhauer ABŞ-ın prezidenti seçilib (1952)
- Sovet qoşunlarının işğal etdiyi Macarıstanda Yanoş Kadarın rəhbərliyi ilə yeni hökumət qurulub (1956)
- SSRİ və Türkiyə arasında mədəni əlaqələrə dair saziş imzalanıb (1964)
- Riçard Nikson ABŞ-ın prezidenti seçilib (1968)
- Mülki təyyarə "Concorde 001" səs baryerini keçib (1970)
- ABŞ səfirliyinin tutulmasının ertəsi günü İmam Xomeyni ABŞ-ı ən böyük şeytan adlandırıb (1979)
- Naxçıvanda Yeni Azərbaycan Partiyasının Təşkilat Komitəsinin ilk toplantısı keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev Təşkilat Komitəsinin sədri seçilib (1992)
- Bill Klinton ABŞ-ın prezidenti seçilib (1996)
- Rusiya prezidenti Boris Yeltsinin ürəyində koronar şuntlama əməliyyatı aparılıb (1996)
- Azərbaycanda Milli Məclisə növbəti seçkilər keçirilib (2000)
- Aktyor Eldəniz Zeynalovun xatirə günü (2002)
- Azərbaycanda parlament seçkiləri keçirilib (2005)
- İraq prezidenti Səddam Hüseynə ölüm hökmü çıxarılıb (2006)
- Abdullah Gül Türkiyə prezidenti vəzifəsində xarici ölkəyə ilk rəsmi səfərini Azərbaycana edib (2007)
- Barak Obama ABŞ prezidenti seçilib (2008)

Bütün xəbərlər Facebook səhifəmizdə