Rusiya və Türkiyə bölgədə sülhün və stabilliyin bərqərar olması istiqamətində birgə intensiv işi davam etdirəcəklər. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra bildirib.
O deyib: “Arzu edirəm ki, bütün bu görüşlər regionumuza fayda gətirəcək”.
Ərdoğan Türkiyə-Rusiya yüksək səviyyəli əməkdaşlıq Şurasının iclasından əvvəl V.Putinlə təkbətək görüş keçirdiyini, danışıqlar zamanı regional və beynəlxalq məsələlərin müzakirə edildiyini xatırladıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB