Qazağın Xanlıqlar kəndində həkim məntəqəsinin açılışı olub

Qazağın Xanlıqlar kəndində həkim məntəqəsinin açılışı olub

Qazax rayonunun Xanlıqlar kəndində həkim məntəqəsi istifadəyə verilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində çıxış edənlər bildirib ki, yeni həkim məntəqəsi 3500-dən artıq vətəndaşa xidmət göstərəcək. 3 otaqdan ibarət olan məntəqədə 10-dan artıq işçi çalışacaq.

Tədbirdə o da qeyd edilib ki, yaxın vaxtlarda digər kəndlərdə də həkim məntəqələrinin tikilib istifadəyə verilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə