AXCP-Müsavat seçki blokunun vahid namizədi Şəkidə təşviqat prosesini iflic edib - QALMAQAL

AXCP-Müsavat seçki blokunun vahid namizədi Şəkidə təşviqat prosesini iflic edib - QALMAQAL

"Məni artıq Şəkinin deputatı saya bilərsiniz. O qutulardan mən çıxacağam". Bu hədə-qorxu dolu sözlər AXCP-Müsavat seçki blokunun Şəki seçki dairəsi üzrə vahid namizədi Sahib Fərman oğlu Kərimovun seçki məntəqələrində etdiyi "çıxışlardandır".

SİA-nın 113 saylı Şəki şəhər seçki dairəsinin sədrindən aldığı məlumata görə, bir neçə gündür ki, AXCP-Müsavat seçki blokunun vahid namizədi Sahib Kərimov Şəki şəhərində olan seçki məntəqələrinin işini, sözün əsl mənasında, iflic vəziyyətə salıb. Əli Kərimlinin müşaviri olan bu şəxs ətrafına topladığı 10-15 nəfər partiyadaşı ilə birlikdə seçki dairəsinin məntəqələrini gəzərək burada çalışan insanlara hədə-qorxu gəlir, əlindəki Qurana onları and içdirməyə məcbur edir ki, özünün seçki qutusundan çıxmasını təmin etsinlər. Məntəqə üzvlərinin etirazı ilə rastlaşanda isə onlara hədə-qorxu gəlməkdən çəkinmir. Bildirir ki, əgər seçki qutularından mən çıxmasam... (nalayiq söyüşlər söyür).

Dairə seçki komissiyasının sədrinə ünvanlanmış "Niyə hüquq- mühafizə orqanlarına müraciət etmirsiniz" sualının cavabında o bildirdi ki, artıq bu barədə müvafiq strukturlara müraciətlər edilib. Hansı ölçünün götürüləcəyi artıq bizim səlahiyyətimizə aid deyil.

DSK sədri onu da bildirdi ki, AXCP-Müsavat seçki blokunun vahid namizədinin özbaşınalığı hələ də davam etməkdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə