Beynəlxalq təşkilatların 1024 müşahidəçisi qeydə alınıb

Beynəlxalq təşkilatların 1024 müşahidəçisi qeydə alınıb

Azərbaycan Respublikasının Milli Məclisinə 2010-cu il 7 Noyabr tarixində keçiriləcək seçkiləri müşahidə etmək üçün beynəlxalq təşkilatların və xarici ölkə səfirliklərinin 1024 müşahidəçisi qeydə alınıb. SİA-ya Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, Müstəqil Dövlətlər Birliyi müşahidəçilərin sayına görə, öndə gedir. Həmin beynəlxalq təşkilatların və səfirliklərin tam siyahısı isə aşağıdakı kimidir:

 

1.Avropa Şurasının Parlament Assambleyası – 33 nəfər

2.Avropa İttifaqı Şurası – 5 nəfər

3.Avropa İttifaqının Bakı üzrə nümayəndəliyi – 3 nəfər

4.Avropa Parlamenti – 16 nəfər

5.Türkdilli Ölkələrin Parlament Assambleyası – 10 nəfər

6.ATƏT-in Parlament Assambleyası – 58 nəfər

7.ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT/DTİHB) – 316 nəfər

8.Müstəqil Dövlətlər Birliyi – 351 nəfər 

9.GUAM – 2 nəfər

10. ABŞ səfirliyi – 31 nəfər

11. Böyük Britaniya səfirliyi – 12 nəfər

12. Qazaxıstan səfirliyi – 6 nəfər

13. Norveç səfirliyi – 4 nəfər

14. Bolqarıstan səfirliyi – 3 nəfər

15. Polşa səfirliyi – 2 nəfər

16. Yaponiya səfirliyi – 2 nəfər

17. Belçika səfirliyi – 1 nəfər

18. Finlandiya səfirliyi – 1 nəfər

19. Avropa Seçki Müşahidə Akademiyası (QHT) – 166 nəfər

20."Vestnik Kavkaza" Analitik İnformasiya Agentliyi – 2 nəfər

Bütün xəbərlər Facebook səhifəmizdə