Ombudsman Aparatının 35 əməkdaşı parlament seçkilərini izləyəcək

Ombudsman Aparatının 35 əməkdaşı parlament seçkilərini izləyəcək

Ombudsman Elmira Süleymanova, təsisatının mərkəzi və regional şöbələrinin 35 əməkdaşı 7 noyabr Bakıda və ölkənin müxtəlif regionlarındakı seçki məntəqələrində, o cümlədən hərbi hissələrdə, istintaq təcridxanalarında, cəzaçəkmə müəssisələrində müstəqil müşahidəçilər qismində izləyəcək. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nəticələr barədə Mərkəzi Seçki Komissiyasının qaynar xətti vasitəsilə bu quruma operativ məlumat verəcəklər. Onlar artıq qeydiyyatdan keçərək müvafiq vəsiqə ilə təmin olunublar.

Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları Müvəkkili Elmira Süleymanova Mərkəzi Seçki Komissiyası (MSK) ilə birlikdə əlaqədar dövlət qurumlarının, dairə və məntəqə seçki komissiyalarının, yerli icra strukturlarının və polis orqanlarının, QHT və KİV nümayəndələrinin iştirakı ilə maarifləndirmə tədbirləri keçirir. Müvəkkilin təşəbbüsü ilə MSK-nın əməkdaşları Ombudsman aparatında seçki hüquqları ilə əlaqədar treninq-seminarlar keçiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə