Ramiz Mehdiyev: “Dövlət tərəfindən həqiqətən də parlament seçkilərinin demokratik keçirilməsi üçün hər bir şərait yaradılıb” - MÜNASİBƏT
Azərbaycanda ənənəvi demokratik seçkilər keçirilir. SİA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev bildirib. R.Mehdiyev Azərbaycanda parlament seçkilərinin demokratik və qanun çərçivəsində keçiriləcəyini, bunun üçün dövlət tərəfindən bütün lazımi şəraitin yaradıldığını vurğulayıb: "Budəfəki parlamentə seçkilər də demokratik, qanun çərçivəsində olacaq. Hesab edirəm ki, bunu vətəndaşlar özləri də müşahidə edəcəklər. Görəcəklər ki, dövlət tərəfindən həqiqətən də parlament seçkilərinin demokratik keçirilməsi üçün hər bir şərait yaradılıb".
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ATƏT-in Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı ikinci aralıq hesabatına münasibət bildirib. O, hesabatda müəyyən yanlışlıqların olduğunu deyib: "Onları çıxmaq şərti ilə hesab edirəm ki, hesabat müsbətdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB