Qızıl ucuzlaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 1,90% - 23 644,19 bəndədək, "S&P 500" 2,23% - 2 581,88 bəndədək, NASDAQ isə 2,74% - 6 870,12 bəndədək ucuzlaşıb. SİA xəbər verir ki, Avropa fond bazarlarında səhmlərin qiymətində dəyişiklik olmayıb. Buna səbəb katolik xristianlarının qeyd etdiyi Pasxa bayramı ilə əlaqədar ötən gün əmtəə birjalarının işləməməsi olub.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 4,70 dollar ucuzlaşaraq 1 342,20 dollara, gümüşün unsiyasının qiyməti 0,13 dollar azalaraq 16,55 dollara satılıb.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə